Bizi sosial şəbəkələrdən izləyin:
Tramp komandası andiçmə günündə ABŞ-ın ÜST-dən çıxdığını elan etmək istəyir.
Bu barədə "Financial Times" məlumat yayıb.
Nəşr yazır ki, belə bir qərar səhiyyə təşkilatını ən böyük maliyyə mənbəyindən məhrum edəcək və təşkilatın koronavirus pandemiyası kimi səhiyyə böhranlarına reaksiyasını çətinləşdirəcək.
Nəşrin mənbəsi qeyd edib ki, ABŞ ÜST-dən çıxsa, Avropa çətin ki, maliyyəni artırsın, Çin isə eyni zamanda təşkilatda öz təsirini artırmağa cəhd edə bilər.
ABŞ 2022-2023-cü illərdə ÜST maliyyəsinin təxminən 16%-ni təmin edib və Tramp əvvəllər də, 2020-ci ildə COVID-19 pandemiyası zamanı ABŞ-ın təşkilatı tərk etməsini istəyirdi. Sonra o, təşkilatı Çinin nəzarətində olmaqda günahlandırdı, lakin daha sonra Co Baydenin hakimiyyətə gəlməsi ilə vəziyyət düzəldi.
Qeyd edək ki, Tramp vaksinlərə şübhəsi ilə tanınan kiçik Robert Kennedini Səhiyyə Departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb. (Musavat.com)