Dünya
533
20 Dec 2024 | 23:57

"Biz Türkiyə ilə ABŞ arasında münaqişənin qarşısını almağa çalışırıq" - Hakan Fidan

"Türkiyə Suriyada PKK-ya qarşı əməliyyat keçirə bilərmi?.."
 
Türkiyə Ankara ilə Vaşinqton arasında kürdlərə görə münaqişəyə yol verməməyə çalışır.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə" telekanalına müsahibəsində bəyan edib. Məlumatı "Haber7" nəşri yayıb.
 
Hakan Fidan Suriyanın gələcəyi və terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK)/ Xalq Özünümüdafiə Dəstələri (YPG) haqqında mühüm bəyanatlar verib, Türkiyənin mövcud status-kvodan sonra strategiyası, region ölkələri ilə bağlı  gözləntilər və məqsədlər barədə danışıb.
 
Hakan Fifan Suriyada yeni qüvvələr balansından danışarkən bəyan edib ki, Xalq Özünümüdafiə Dəstələri PKK-nın davamıdır. Türkiyənin Suriyada mümkün əməliyyatı ilə bağlı nazir qeyd edib: "Bu, ilk növbədə Dəməşq administrasiyasının qayğısıdır".
 
"YPG PKK-nın davamıdır"
 
"YPG Qərb üçün İŞİD-lə mübarizə aparan ziyansız qrupdur, lakin bu, onların maskalanmaq üçün istifadə etdiyi metotdur. YPG PKK-nın davamıdır", - Hakan Fidan bəyan edib.
 
"YPG ilə bağlı əməliyyat Dəməşqin qayğısıdır"
 
Nazir PKK/YPG terrorçu təşkilatla bağlı mümkün əməliyyatı dəyərləndirib və qeyd edib: "İndi bu, ilk növbədə Dəməşq administrasiyasının qayğısıdır. Ona görə də mən hesab edirəm ki, əgər onlar bu məsələ ilə lazımınca məşğul olsalar, bizim müdaxilə etməyimiz üçün səbəblərimiz olmayacaq".
 
Suriyanın ərazi bütövlüyünün vurğulanması
 
Diplomatın sözlərinə görə, Suriya hissələrə parçalanmamalı, heç bir etnik element yerini dəyişməməli və ya bölünməməlidir. Fidan vurğulayıb ki, Suriyanın unitar strukturunda kürdlərin mülki elementlər kimi təmsilçiliyində problem olmayacaq. O, əlavə edib ki, kürdlərin mülki əhalisi yaşadığı yerdə yaşamaqda davam etməlidir.
 
Türkiyənin Suriyada iştirakı
 
Türkiyənin Suriyada hərbi təsiri barədə suala cavabında nazir deyib: "Bizim Suriyada olmağızın səbəbi bundan sonrakı miqrasiyanın qarşısının alınmasıdır. Hal-hazırda müxalifətin nəzarəti altında beş milyondan çox adam yaşayır.
 
Hakan Fidan Trampın "Türkiyə Suriyanı zəbt edəcək" sözlərini təkzib edib
 
Bununla bağlı Fidan qeyd edib: "Bunu istila adlandırmaq olmaz. Suriyada baş verənlərə belə qiymət vermək ciddi yanlışlıq olardı. Suriya xalqının nöqteyi-nəzərincə, bu, istiladır. Nə baş verib? Suriya xalqının iradəsi hakimiyyəti öz əlinə keçirib və vəziyyəti öz nəzarətinə götürüb".
 
"Suriyanı idarə edəcək qüvvənin eyni zamanda Türkiyənin qüvvəsi olacaq demək düzgün olmazmı?" sualına cavabında Fidan deyib: "Biz bunu heç vaxt istəməzdik. Hesab edirəm ki, biz regionumuzda baş verənlərdən mühüm nəticələr çıxarmışıq". Onun sözlərinə görə, dominantlıq mədəniyyəti regionu dağıdır.
 
"Müxalif qruplar arasında  münaqişəni heç görmək istəməzdik"
 
Suriyada silahlı qruplaşmaların bir-birilə münaqişəyə girə biləcəyi ilə bağlı nazir deyib: "Biz bunu görmək istəməzdik. Suriyada olan müxalif qruplara əməli fəaliyyət göstərməyi məsləhət  görürük. Suriya xalqının ən vacib tələbatlarını daha təxirə salmaq olmaz".
 
Rusiya və İran Suriyadan tamamilə çıxarılacaqmı?
 
Rusiya və İranın Suriyadakı hərbi qüvvələri ilə bağlı Hakan Fidan qeyd edib: "Mən onların iştirakının davam etdirilməsi ilə bağlı heç bir zəmanətlər verə bilmərəm. Bu məsələ tamamilə Dəməşqdə yeni administrasiyanın nəzarəti altındadır".
 
"Türkiyənin məsuliyyəti artıb"
 
Türkiyənin Suriyada həlledici mövqeyə malik olması ilə bağlı şərhlərdən danışarkən nazir vurğulayıb: "Mən deyə bilərəm ki, Türkiyənin məsuliyyəti artıb. Biz öz təsirimizdən yardım göstərilməsi üçün istifadə edəcəyik".
 
"Biz Türkiyə ilə ABŞ arasında münaqişənin qarşısını almağa çalışırıq"
 
Türkiyənin terrorçu təşkilatla bağlı Türkiyə-Amerika münasibətlərində olan gərginliyin danışıqlar masası arxasında nizamlanmasına tərəfdar olduğunu vurğulayan Fidan ABŞ-ın YPG ilə münasibətlərinə toxunub və qeyd edib: "Biz Türkiyə ilə ABŞ arasında Birləşmiş Ştatların YPG-yə dəstəyi ilə bağlı münaqişənin qarşısını almağa çalışırıq".
 
Müəllif: Eyhan Ceylan
Link kopyalandı!
Son xəbərlər