Bizi sosial şəbəkələrdən izləyin:
Suriyanın yeni hakimiyyətinin hazırda "Əl-Qaidə" terror qruplaşması ilə heç bir əlaqəsi yoxdur və yalnız öz ölkəsinin maraqları naminə fəaliyyət göstərir.
Bunu Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) “Al Arabiya” telekanalına verdiyi açıqlamada deyib.
"Biz "Əl-Qaidə" ilə əlaqələri kəsmişik. Bu qruplaşma ilə münasibətlərimiz keçmişdə qalıb", - o bildirib.
Əhməd əş-Şara hazırda Suriyanın ali maraqlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.