Viktor Orban Volodimir Zelenskiyə səsləndi
Dünya
358
18 Dec 2024 | 22:49

Viktor Orban Volodimir Zelenskiyə səsləndi

"Təxribatlara cavab verməyəcəyik. Atəşkəs təklifi masadadır. Razılaşın və ya imtina edin. Bunun məsuliyyəti sizin üzərinizdədir".
 
Bunu Macarıstan Baş naziri Viktor Orban "X" platformasındakı paylaşımında Ukrayna Prezidenti Volodimir Zelenskiyə xitabən yazıb.
 
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə xatırladıb ki, Macarıstanın Moskva ilə Kiyev arasında Milad bayramı atəşkəsi barədə razılığa gəlmək təklifi hələ də qüvvədədir və Ukrayna bununla razılaşıb-razılaşmamaq barədə özü qərar verməlidir.
 
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Orbanın onlara vasitəçi qismində lazım olmadığını, ABŞ ilə birbaşa əlaqələrə ehtiyac olduğunu bildirmişdi.
Link kopyalandı!
Son xəbərlər