Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin Baş naziri Binyamin Netanyahu Colan təpələrindəki Hermon silsiləsində ölkənin hərbi rəhbərliyi ilə əməliyyat iclası keçirib.
Bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, görüşdə İsrailin müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Hertsi Halevi, Şimal Hərbi Dairəsinin komandanı Ori Qordin və Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar iştirak edib.
“Baş nazir İsrail Müdafiə Qüvvələrinin ərazidə yerləşdirilməsinə baxıb və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirib”, - bəyanatda deyilir.
Xatırladaq ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu dekabrın 8-də 1974-cü ildən İsrail və Suriyanın nəzarətində olan əraziləri bir-birindən ayıran Colan təpələrindəki bufer zonada mövqe tutduğunu açıqlayıb. Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Colan təpələrinə nəzarət yəhudi dövlətinin təhlükəsizliyini təmin edir və onlar həmişə İsrailin tərkibində olacaq.