"Mən heç vaxt şəxsi mənfəət naminə vəzifələrə can atmamışam və həmişə özümü milli mənafelərin qoruyucusu hesab etmişəm..."
Suriyanın devrilən prezidenti Bəşər Əsəd dekabrın 8-də ölkədən qaçdıqdan sonra ilk bəyanatla çıxış edib.
Moderator.az xəbər verir ki, onun bəyanatı mətbuat xidməti tərəfindən sosial şəbəkələrdə dərc edilib. Məlumatı "svoboda.org" nəşri yayıb.
"Mənim Suriyadan getməyim planlaşdırılmayıb və bəzilərinin iddia etdiyi kimi, döyüşlərin son saatlarında baş verməyib. Əksinə, mən Dəməşqdə olmuşam və bazar günü, 2024-cü il dekabrın 8-də erkən səhərədək öz vəzifələrimi icra etmişəm", - bəyanatda deyilir.
Əsəd bəyan edib ki, üsuançılar Dəməşqə soxulduqdan sonra o, Rusiyanın aviasiya bazasının yerləşdiyi Latakiyaya yollanıb: "Həmin səhər "Xmeymim" aviasiya bazasına gələndə aydın olub ki, bizim qoşunlarımız bütün döyüş mövqelərindən tamamilə geri çəkilib və ordunun son mövqeləri əldən verilib".
Əsədin sözlərinə görə, Rusiyanın aviasiya bazası pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb, bu səbəbdən onun təyyarəsi heç vəchlə uça bilməzdi. Bazanı yalnız həmin gün axşam tərk etmək mümkün olub.
Əsəd məlumat verib ki, üsyançıların irəlilədiyi zaman o, "istefaya getməyi və ya sığınacaq axtarmaq imkanını düşünməyib və belə təklif hər hansı şəxs və ya partiya tərəfindən edilməyib". Onun sözlərinə görə, o, yeganə çıxış yolunu "terrorçu hücumuna qarşı mübarizəni davam etdirməkdə" görüb.
Sonda Əsəd məlumat verib ki, "heç vaxt şəxsi mənfəət naminə vəzifələrə can atmayıb və həmişə özünü Suriya xalqının inamı tərəfindən dəstəklənən milli layihənin qoruyucusu hesab edib".
"Silahlı Qüvvələrin kollapsı və dövlət təsisatlarının iflici şəraitində Suriyada hakimiyyət terrorçular tərəfindən qəsb edildikdən sonra ölkədə qalmaq mənasız olub.
"Dövlət terrorçuların əlinə keçəndə istənilən vəzifə öz mənasını itirir, onun fəaliyyətini mənasız edir", - Əsəd vurğulayıb.
"Bu, heç bir halda mənim Suriya və onun xalqına məncub olmağımdan qürur hissi keçirməyimə xələl gətirmir, bütün hallarda mənin öz xalqımla əlaqələrim sarsılmaz olaraq qalacaq. Ümid edirəm ki, Suriya yenidən azad və müstəqil ölkə olacaq", - Əsəd idda edib.