Dünya
288
00:16, Bu gün

"Biz sizin hamınızı məhv edəcəyik" - Vladimir Solovyov

"Kreml təbliğatçısı Trampın planına görə Ukraynaya göndəriləcək Avropa qoşunlarından ibarət sülhməramlı missiyanı birbaşa təhdid edib..."
 
Kreml təbliğatçısı Vladimir Solovyov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynada Avropanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı güman edilən planını kəskin tənqid edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Rusiya-1" telekanalında yayımlanan proqramında bəyan edib. Məlumatı "cursoronfo.co.il" nəşri yayıb.
 
Bu təklif Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında müzakirə edilib.
 
"The Wall Street Journal" nəşrinin məlumatına görə, Tramp döyüş əməliyyatlarının dayandırılmasından sonra "güclü, yaxşı silahlanan Ukraynaya" tərəfdar olduğunu bəyan edib, bu zaman Amerika qoşunlarının iştirakını istisna edib.
 
Solovyov bəyan edib ki, belə təşəbbüs "ağır nəticələrə" gətirib çıxaracaq. O, vurğulayıb ki, bu yaxınlarda ziyarət etdiyi Donbasdakı cəbhədə olan vəziyyət Moskvadakı dinc həyatla təzad təşkil edir.
 
Təbliğatçı Co Bayden administrasiyasını Ukraynaya HLMARS sistemləri daxil olmaqla silah tədarükündə ittiham edib və Amerika silahından Rusiya ərazisinə zərbələr üçün istifadə edilməsinə məhdudiyyətlərin aradan qaldırılmasını pisləyib.
 
Öz növbəsində Tramp bundan öncə onu "İlin adamı" seçən "The Time" jurnalına bəyan edib ki, o, qətiyyətlə raketlərin Rusiyanın dərinliyinə yüzlərlə mil uzaqlara endirilən raket zərbələrinə qarşıdır və bunu "təhlükəli eskalasiya" adlandırıb.
 
Lakin, onun sözlərinə görə, Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyasının müzakirə edilməsi faktının özü təxribatdır.
 
Öz monoloqu zamanı Solovyov Pyotr Tolstoydan iqtibas gətirib: "Biz sizin hamınızı məhv edəcəyik". Bu şərh güman edilən beynəlxalq missiyanın ünvanına təhdid kimi səsləndirilib.
 
Solovyovun proqramından bir hissəni "X" sosial şəbəkəsində dərc edən Rusiya üzrə ekspert, jurnalist Culiya Devis onun bəyanatının aqressiv tonunu vurğulayıb və qeyd edib ki, bu, "birbaşa təhdiddir".
Link kopyalandı!
Son xəbərlər