Pekindən Nyu-Yorka cəmi 2 saata uçmaq mümkün olacaq
Dünya
244
16 Dec 2024 | 23:38

Pekindən Nyu-Yorka cəmi 2 saata uçmaq mümkün olacaq

"Çinin səsdəniti təyyarəsinin sürəti səsin sürətindən 6, 5 dəfə yüksəkdir..."
 
Çin Elmlər Akademiyasının alimləri bəyan edib ki, hələ 2021-ci ildə hipersəs sürətinə çatan böyük səsdəniti təyyarənin prototipinin uğurlu sınağı keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnteresting Engineering" nəşri məlumat verib. Məlumatı "focus.ua" nəşri yayıb.
 
Səsin sürətindən 5 dəfədən çox olan bu sürət saatda 1234 km təşkil edir. Alimlər bəyan edib ki, kifayət qədər böyük korpusu olan bu prototipin sürəti səsin sürətindən 6, 5 dəfə çoxdur. Bu sınaq layihənin konfidensialıığı səbəbindən 3 il ərzində məxfi saxlanılıb, nəşr yazıb.
 
Çin Elmlər Akademiyası məlumat verib ki, hələ 2021-ci ildə böyük səsdəniti sərnişin təyyarəsinin prototipi uğurla sınaqdan keçirilib. Onun necə olduğu dəqiq bəlli deyil və onun konstruksiyası haqqında az detallar bəllidir. Sınaq barədə məlumat 3 ildir ki, məxfi saxlanılıb, nədən onu  bu günlər ictimaiyyətə açıqlandığı aydın deyil.
 
Yeni səsdəniti sərnişin təyyarəsinin tam modelinin inşa edilib-edilmədiyi və belə təyyarənin ilk uçuşunun nə zaman həyata keçiriləcəyi bəlli deyil.
 
 Çin alimlərinin sözlərinə görə, bu təyyarə sərnişinlər və yüklərin hipersəsli sürətlə daçınmasına imkan verəcək. Bu zaman Pekindən Nyu-Yorka uçuş adi sərnişin təyyarəsinin uçuşu üçün tələb edilən 13 saat əvəzinə 2 saat davam edəcək.
 
Çin alimləri ilk dəfə olaraq hələ 2018-ci ildə hipersəsli sürətlə uça biləcək təyyarənin konstruksiyasını yaradıb. Sınaq uçuşuna icazə 3 ildən sonra alınıb. Və bu sınaq Çinin şimal-qərbində, Qobi səhrasında "Tszyuan" kosmodromunda 2021-ci ilin avqustunda baş tutub.
 
Çin Elmlər Akademiyası bəyan edib ki, bu, 20 dəqiqəlik sınaq uçuşu olub, bu zaman səsdəniti təyyarənin prototipi hipersəsli sürətə çataraq səsin sürətindən 6, 5 dəfə çox olub. Bu uçuş təyyarə konstruktorlarına
böyük bir problemi həll etməyə imkan verib.
 
Problem onda olub ki, təyyarənin faydalı daxili məkanını uçuş aparatının sürəti azaldıqca azaltmaq lazım gəlib. Ona görə də yaşlı sərnişin əfsanəvi hipersəsli "Konkord" avialaynerində asanlıqla ayaq üstə başını zədələyə bilərdi.
 
Bu gün istifadə edilən bütün hipersəsli təyyarələrin daxili məkanı məhduddur, bu da o deməkdir ki, onlardan əsasən pilotsuz missiyalar və digər hərbi məqsədlər üçün istifadə etmək olar.
 
Eyni zamanda alimlər bəyan edib ki, hələ də çoxsaylı həll olunası problemlərlə üzləşir. Lakin layihə ciddi şəkildə məxfi saxlanılır.
Link kopyalandı!
Son xəbərlər