Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək
Dünya
1399
13 Dec 2024 | 22:40

Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək

Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək.
 
Bu barədə Avstriya kansleri Karl Nehammer özünün "X" hesabında bildirib.
 
"Avstriya evlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro məbləğində ödənişlə dəstək verəcək. Ölkə bərpa dövründə öz vətəndaşlarına ehtiyac duyur", - deyə o paylaşımında yazıb.
 
Kansler, həmçinin əlavə edib ki, Avstriyada suriyalıların sığınacaq üçün müraciətlərinə baxılması prosesi hələ də dondurulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər