Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər
Dünya
420
12 Dec 2024 | 22:30

Tarixi ŞANS YARANDI: İsrail İranın nüvə obyektlərini vura bilər

İsrail ordusu hesab edir ki, Suriyanın hava hücumundan müdafiə sisteminin məhv edilməsi İranın nüvə obyektlərinə zərbələr endirmək imkanını açır.
 
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun “Galei IDF ” radiosu məlumat yayıb.
 
“Hərbi-Hava Qüvvələri Suriyanın hava hücumundan müdafiə sisteminin təxminən 86%-ni məhv edib, İDF hesab edir ki, bu, İranın nüvə obyektlərinə hücum ehtimalını açır”, - hesabatda deyilir.
 
Dekabrın 12-də İsrail ordusunun mətbuat xidməti bildirib ki, İsrail ordusu Suriyaya bir sıra kütləvi zərbələr zamanı strateji yer-hava raketlərinin 90%-dən çoxunu məhv edib.
 
Dekabrın 7-8-də İsrail qoşunları yarım əsrdən artıq müddətdə ilk dəfə Suriya sərhədini keçərək Qolan təpələrinə daxil olublar. Heç bir müqavimətla qarşılaşmayan ordu Hermon dağ silsiləsinin Suriya tərəfinə nəzarəti ələ keçirib.
Link kopyalandı!
Son xəbərlər