Bizi sosial şəbəkələrdən izləyin:
Macarıstanın Baş naziri Viktor Orban və Rusiya Prezidenti Vladimir Putin arasında dekabrın 11-də telefon danışığı baş tutub.
Moderator.az xəbər verir ki, bu barədə Viktor Orban "X" hesabında məlumat yayıb.
Danışıq zamanı Ukraynada davam edən müharibə müzakirə edilən əsas mövzulardan biri olub. Viktor Orban bildirib ki, telefon söhbəti bir saat davam edib.
"Bu gün səhər Prezident Putinlə bir saatlıq telefon danışığı apardım. Bu, Rusiya və Ukrayna arasında müharibənin ən təhlükəli həftələridir. Biz atəşkəsin əldə olunması və sülh danışıqlarının keçirilməsi üçün bütün mümkün diplomatik addımları atırıq", - deyə Viktor Orban vurğulayıb.
Rusiya mətbuatının məlumatına görə, söhbət Orbanın təşəbbüsü ilə baş tutub. Tərəflər, həmçinin Rusiya ilə Macarıstan arasında iqtisadi əməkdaşlıq məsələlərini də müzakirə ediblər.