Üsyançılar Əsədin evində heyrətamiz bir şey tapdılar - silah deyil
Dünya
422
16:29, Bu gün

Üsyançılar Əsədin evində heyrətamiz bir şey tapdılar - silah deyil

Bəşər Əsəd rejiminin süqutundan sonra suriyalı üsyançılar onun iqamətgahında qeyri-adi bir tapıntı - qalmaqallı "Borat" filminin surətini tapıblar.
 
Britaniyalı aktyor və komediya ustası Saşa Baron Koen tərəfindən ərsəyə gətirilən film qazaxıstanlı jurnalist Borat Saqdiyevin ABŞ-ı səyahətindən bəhs edir. 2006-cı ildə nümayiş etdirilən film stereotipləri, irqçilik və ksenofobiyanı ifşa edən təxribatçı yumoru ilə izləyicilərin rəğbətini qazanıb.
 
Maraqlıdır ki, rejimi insan haqlarını pozduğuna görə onilliklər boyu beynəlxalq tənqidlərə məruz qalan Əsəd totalitar rejimləri və absurd bürokratik sistemləri ələ salan filmi saxlayıb.
 
Qeyd edək ki, 2012-ci ildə Koen daha bir satirik komediya olan "Diktator"u buraxıb. Film bəzi yerlərdə cizgiləri Əsədə bənzəyən, gücə aludə olan uydurma tiran haqqındadır.  (lent.az)
 
Link kopyalandı!
Son xəbərlər