Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur
1703
10 Dec 2024 | 00:14

Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur

“Türkiyənin sərhəddən kənar əməliyyatlarının yeganə məqsədi öz təhlükəsizliyini təmin etməkdir”.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
 
O bildirib ki, Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur.
 
Ərdoğan, həmçinin Suriyadakı vəziyyət barədə də danışıb.
 
Prezident qeyd edib ki, rəsmi Ankara Suriyada sabitliyin bərpasında maraqlıdır: “Türkiyə dünən olduğu kimi, bu gün də Suriya xalqının yanındadır. Suriyanın ərazi bütövlüyü mütləq qorunmalıdır. Dünəndən etibarən Suriyada qaranlıq dövr keçmişdə qalıb, aydınlıq dövr başlayıb”.(Report)
Link kopyalandı!
Son xəbərlər