Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
Dünya
1904
09 Dec 2024 | 09:05

Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi

Rusiyanın Saxalin vilayətində vulkan püskürməsi qeydə alınıb
 
Moderator.az Rusiya FHN-ə istinadən xəbər verir ki, Böyük Kuril silsiləsindəki Ebeko vulkanının püskürməsi nəticəsində kül buludu 1,5 kilometr yüksəkliyə qalxıb.
 
Kül kütləsi 5 kilometr radiusda yayılıb. Vulkanın püskürdüyü ərazidə turistlər olmayıb. Yaxınlıqda təyyarə marşrutları yoxdur. Bununla belə, vulkanın təkrar püskürmə ehtimalı nəzərə alınaraq aviaşirkətlərə xəbərdarlıq edilib.
 
Dövlət qurumlarına dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər