Bizi sosial şəbəkələrdən izləyin:
İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, Suriyada hakimiyyət dəyişikliyi Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesinə kömək edə bilər.
O, bu fikri girovların ailələri ilə gün ərzində keçirilən iki görüşdə bildirib.
“Həm də bizim “Hizbullah” və HƏMAS-a qarşı qətiyyətli addımlarımız sayəsində baş verən Əsəd rejiminin süqutu girovların geri qaytarılması ilə bağlı razılaşmanın irəliləməsinə kömək edə bilər.”, - deyə o bildirib.