Rusiyanın Suriyadakı qüvvələri TƏHLÜKƏDƏ - Türkiyədən YARDIM İSTƏYİR
2447
08 Dec 2024 | 20:18

Rusiyanın Suriyadakı qüvvələri TƏHLÜKƏDƏ - Türkiyədən YARDIM İSTƏYİR

Rusiya Suriyadakı hərbi qüvvələrinin təhlükəsiz şəkildə çıxarılması üçün Türkiyədən rəsmi dəstək istəyib.
 
Bu barədə "Clash Report" hərbi portalı Rusiya mənbələrinə istinadən məlumat yayıb.
 
Bildirilir ki, Rusiya münaqişə zonasında yaranan gərginlik və hərbi əməliyyatların daha da genişlənməsi fonunda öz qüvvələrini təhlükəsiz şəkildə geri çəkmək üçün Türkiyənin hərbi dəstəyini nəzərdə tutur.
 
Rusiyanın bu addımı Suriya müharibəsinin gedişatında mühüm dəyişikliklərin baş verdiyini və Moskvanın Suriya ərazisindəki təsirinin azaldığını göstərir.
 
Türkiyə isə həm müxalifətə dəstək verən, həm də Suriya ilə sərhəd bölgələrində öz mövqeyini gücləndirmək üçün davamlı hərbi əməliyyatlar keçirən bir ölkə olaraq Rusiya ilə birgə hərbi əməliyyatlara dair danışıq aparmağa hazır görünür.
 
Ankara həmçinin bu vəziyyətdən öz təhlükəsizlik maraqlarını qorumaq və bölgədəki təsirini artırmaq üçün faydalanmaq niyyətindədir. (Musavat.com)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər