İsrail ordusu Suriya sərhədinə niyə yerləşdirilib? - Rəsmi
1791
08 Dec 2024 | 12:13

İsrail ordusu Suriya sərhədinə niyə yerləşdirilib? - Rəsmi

İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer zonasına yerləşdirilib.
 
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, Qolan təpələrində yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək lazımdır”, - məlumatda deyilir.
 
Hərbçilər xüsusi olaraq qeyd ediblər ki, İsrail Suriyada baş verənlərdə iştirak etmək niyyətində deyil:
 
“Biz vurğulayırıq ki, ÇAXAL Suriyadakı daxili hadisələrə qarışmır”.
 
Qeyd edək ki, daha öncə "Tayms of İsrail" nəşri İsrail tanklarının Suriya sərhədini keçdiyi xəbərini yayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər