Rusiyada alıcının əlində Çin istehsalı olan smartfon partladı
Dünya
1945
08 Dec 2024 | 08:40

Rusiyada alıcının əlində Çin istehsalı olan smartfon partladı

Rusiyanın Moskva şəhərində, ticarət mərkəzində alıcının əlində smartfon partlayıb.

 
Moderator.az Oxu.Az - a istinadla xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
 
Məlumata görə, Rusiya paytaxtının şimal-şərqində yerləşən "Vavilon-92" ticarət mərkəzindəki rabitə vasitələri salonunda Çin qadcetinin partlaması baş verib.
 
Hadisə nəticəsində iki nəfər yaralanıb - müştəri və satıcı.
 
Bildirilir ki, fövqəladə vəziyyətlə əlaqədar mağazada yanğın başlayıb, ticarət mərkəzinin daxilində güclü tüstü yayılıb. Ticarət mərkəzindən insanlar təxliyə ediliblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər