İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb
Dünya
1399
06 Dec 2024 | 22:34

İsrail HƏMAS-ın HHM qüvvələrinin başçısının öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə (HHM) qüvvələrinin rəhbəri Nidal Əl-Nəccarın öldürüldüyünü açıqlayıb.
 
“Report” TASS-a istinadən xəbər verir ki, mətbuat xidmətinin məlumatına görə, Əl-Nəccar müharibə boyu İsrail dövlətinə və İsrail qoşunlarına hücumların rəhbərlərindən biri olub.
 
“Məqsədli əməliyyat zamanı HƏMAS-ın Qəzza şəhərindəki hava bölməsinin rəhbəri və Qəzza zolağında HƏMAS-ın hava hücumundan müdafiə bölməsinin komandiri Nidal əl-Nəccar məhv edilib”, - məlumatda deyilir.
 
Qurumdan bildirilib ki, İsrail ordusu İsrailin mülki şəxslərinə və Müdafiə Qüvvələrinə qarşı terror fəaliyyətlərində iştirak edən hər kəsi təqib etməyə davam edəcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər