İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub
1342
06 Dec 2024 | 18:47

İlin 10 ayında məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı məlum olub

Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsinə 2024-cü ilin ilk 10 ayı ərzində məişət zorakılığı ilə bağlı 486 müraciət daxil olub.
 
Bunu "Report"a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.
 
O bildirib ki, son illərdə aparılan intensiv fəaliyyət və maarifləndirmə sayəsində Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı artıb:
 
"Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2023-cü il ərzində 560, 2024-cü ilin ilk 10 ayı ərzində 486 müraciət daxil olub. Məişət zorakılığına məruz qalanların 38-i kişi, 430-u qadın, 364-ü uşaq, 6-sı əlil, 3-ü ahıl olub".
 
İ.Məmmədova, həmçinin qeyd edib ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində "860" saylı dəstək xəttinə 2024-cü ilin ilk 9 ayı ərzində 221 müraciət daxil olub. Onlardan 187-i qadın, 34-ü kişi olub.
 
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Link kopyalandı!
Son xəbərlər