Rusiya bu 4 yaşayış məntəqəsini tutdu: Daha üçünə doğru irəliləyir
Dünya
1616
06 Dec 2024 | 11:35

Rusiya bu 4 yaşayış məntəqəsini tutdu: Daha üçünə doğru irəliləyir

Rusiya qoşunları Novopustınka, Starye Ternı, İlyinka və Novodmitrovka yaşayış məntəqələrini ələ keçiriblər.
 
Publika.az xəbər verir ki, dörd yaşayış məntəqəsinin Ukrayna tərəfindən itirilməsi Ukraynanın "DeepState" analitik layihəsi "Telegram"da təsdiqləyib.
 
“Rusiya Silahlı Qüvvələri Novopustınka, Starye Ternı, İlyinka, Novodmitrovkanı işğal etdi”, - deyə nəşr yazır.
 
Həmçinin qeyd edilir ki, Rusiya hərbçiləri Kuraxovoya, eləcə də Romanovka və Uspenivka yaxınlığında irəliləyib.
Link kopyalandı!
Son xəbərlər