Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edildi
1541
06 Dec 2024 | 11:18

Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edildi

ABŞ-nin Kaliforniya ştatında baş verən güclü zəlzələdən sonra fövqəladə vəziyyət rejimi elan edilib.
 
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Qevin Nyusom öz “X” hesabında açıqlayıb.
 
Onun sözlərinə görə, rəhbərlik kaliforniyalıların təhlükəsizliyini təmin etmək və onları vaxtında məlumatlandırmaq üçün operativ rejimdə çalışır. 
 
Xatırladaq ki, dekabrın 5-də Kaliforniyada 7 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ-nin Geoloji Xidmətinin məlumatına görə, episentr Sakit okeanda, Petrolia şəhərindən 63 kilometr qərbdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Link kopyalandı!
Son xəbərlər