Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit götürüb
1677
05 Dec 2024 | 22:52

Polşa silah alışı üçün ABŞ-dən 4 milyard dollar kredit götürüb

ABŞ Polşaya silah alınması üçün 4 milyard dollar kredit ayırıb.
 
Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində bildirib.
 
Kredit müqaviləsi ABŞ ilə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində bağlanılıb.
 
Kosinyak-Kamış qeyd edib ki, bu, Vaşinqtonun ümumi məbləği 11 milyard dollar olan növbəti belə kreditidir.
 
Qeyd edək ki, ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ondan F-35 döyüş təyyarələri, hücum helikopterləri, "Patriot" hava hücumundan müdafiə sistemləri alır.(Report)
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər