İran hakimiyyəti həbsdə olan Nobel mükafatı laureatını müvəqqəti olaraq azadlığa buraxıb
Dünya
471
00:09, Bu gün

İran hakimiyyəti həbsdə olan Nobel mükafatı laureatını müvəqqəti olaraq azadlığa buraxıb

"31 illik cəzasının 20 ilini həbsxanada keçirən Nərgiz Məhəmmədi tədrici ölümə məhkum edilib..."
 
İran hakimiyyəti Nobel Sülh Mükafatına layiq görülmüş hüquq müdafiəçisi Nərgiz Məhəmmədini 21 günlüyə həbsxanadan buraxıb. Söhbət azadlıqdan deyil, tibbi məzuniyyətdən gedir.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.
 
Məhəmmədi səhhətinin ağır olması səbəbindən evə buraxılıb. O, sağ ayağında şişin kənar edilməsi və bununla bağlı sümük plastikası əməliyyatı keçirib. Verilən məlumatlara görə, qadın yeriyə bilmir.
 
Hüquq müdafiəçinin yaxınları hesab edir ki, məhkəmə qararı geçikib və yetərli deyil. Vəkilləri onun heç olmasa üç ay müddətində ev dustaqlığına buraxılmasını xahiş edib. Məhəmmədinin ailəsi hesab edir ki, hakimiyyət onu "tədrici ölümə" məhkum edib.
 
Nərgiz Məhəmmədi ölüm hökmü, mütləq hicab gəzdirilməsi, İran qadınlarının hüquqlarının məhdudlaşdırılmasına qarşı çıxan siyasi və mülki fəaldır. O, İran məhkəməsi tərəfindən 31 illik həbs cəzasına məhkum edilib. Hüquq müdafiəçisi artıq 20 ilini həbsdə keçirib.
 
2023-cü ildə Məhəmmədi "İranda qadınların əsarətinə qarşı və hamı üçün insan haqları və azadlığının qorunması uğrunda mübarizəsinə görə" Nobel Sülh Mükafatına layiq görülüb.
Link kopyalandı!
Son xəbərlər