Dünya
662
04 Dec 2024 | 21:39

"Ukraynalı uşaqlar Putinin hərbi təyyarələrində ölkədən çıxarılıb" - Tədqiqat

"Oğurlanan uşaqlar rusiyayönümlü tərbiyəyə məruz qalıb və Ukrayna vətəndaşlığından çıxarılıb..."
 
ABŞ Yel (Yale) İctimai Sağlamlıq Məktəbinin humanitar tədqiqatlar laboratoriyası Rusiyanın məcburi övladlığa götürmə və qəyyumluq sisteminin qurbanı olan 314 ukraynalı uşağın kimliyini müəyyən edib.
 
Moderator.az xəbər verir ki, bu barədə laboratoriyanın yeni hesabatında deyilir. Məlumatı "5.ua" nəşri yayıb.
 
Hesabatda deyilir ki, Rusiya Federasiyası uşaqların müntəzəm, qəsdən və geniş miqyaslı məcburi övladlığa götürmə və yenidən tərbiyə edilməsi ilə məşğul olur. Onların ruslaşdırılması üzrə proqram Putinin rəhbərliyi ilə həyata keçirilir.
 
Tədqiqatın nəticələrinə görə, kimliyi müəyyən edilən bütün uşaqlar Luqansk və Donetsk vilayətlərinə aparılıb. Onlar Rusiyanın 21 regionunda yerləşdirilərək məlumat bazasında qeydə alınıb.
 
"Ukraynadan çıxarılan 314 uşaqdan ən azı 67 nəfəri Rusiyaya çağırılan gündən Rusiya vətəndaşı adlandırılıb, hərçənd, Yel hüquq-müdafiə qrupunun belə uşaqların sayının xeyli artıq olduğunu güman etməsi tamamilə əsaslıdır".
 
Ən azı 208 uşaq övladlığa və ya qəyyumluğa götürülüb, yaxud müvəqqəti olaraq Rusiya ailələrinə verilib. Bundan başqa, qəyyumlara onların adından Ukrayna vətəndaşlığından çıxarılmasına icazə verilib.
 
Müəyyən edilib ki, aşkar edilən uşaqların 46, 6 faizinin məlumat bazasına salınan qardaş-bacıları var. Hər halda üç bacı-qardaş böyük uşaq olmadan qəyyumluğa verilib.
 
2022-ci ilin may-oktyabr aylarında Rusiya aviasiyasının bilavasitə Putin administrasiyasının nəzarətində olan hərbi-nəqliyyat təyyarələrində bir neçə qrup uşaq Ukraynadan çıxarılıb.
 
"Ukraynadan olan uşaqlar yerləşdirildiyi səkkiz müəssisənin hər birində yenidən rusiyayönümlü tərbiyəyə məruz qalıb".
 
Ukraynadan uşaqların deportasiya edilməsi
 
Xəbər verildiyi kimi, ötən il Beynəlxalq Cinayət Məhkəməsi Kreml hakimi Vladimir Putin və uşaqların hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə orderlər verib.
 
Yel İctimai Sağlamlıq Məktəbinin humanitar tədqiqatlar laboratoriyası ukraynalı uşaqların Rusiya ərazisində və işğal edilmiş Krımda saxlanılma mərkəzlərinin yaradılması barədə tədqiqat dərc edib.
 
Uşaqların məcburi deportasiya edilməsində həmçinin Belarus hakimi Aleksandr Lukaşenko ittiham edilir.
Link kopyalandı!
Son xəbərlər