Bizi sosial şəbəkələrdən izləyin:
"Bizimlə zarafat etməyə imkan verməyəcəyik, günahkarlar dərhal məhv ediləcək..."
Dekabrın 4-nə keçən gecə Ukrayna dronu ilə Qroznıya hücum edilib.
Moderator.az xəbər verir ki, bu barədə "verstka.media" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, dekabrın 4-də təxminən saat 04:50-də Əhməd Kadırov adın xüsusi təyinatlı polis alayının kazarmasına hücum edilib. Yerli hava limanında gecə "Xalça" planı tətbiq edilib.
Dekabrın 4-də səhər Rusiya Müdafiə Nazirliyi ölkə ərazisi üzərində 35 dronun vurulduğu barədə məlumat yayıb.
Onlardan 12-si Rostov, 6-sı Belqorod və Ryazan, 2-si Kursk vilayəti, Həştərxan və Kaluqa vilayətlərinin hər birində bir dron vurulub. Hesabatda Çeçenistan barədə məlumat verilmir.
Əhməd Kadırov adına alay 2004-cü ildə yaradılıb. 2022-ci ildən Ukraynada döyüşür. Bu ilin oktyabr ayının sonunda ilk dəfə olaraq Çeçenistan dron hücumuna məruz qalıb.
O zaman Rusiyanın Qudermesdəki Putin adına "Xüsisi Təyinatlılar Universiteti"nə hücum edilib. Hücumdan sonra Ramzan Kadırov günahkarları qisas alınacağı ilə təhdid edib, "kadırovçulara" Ukrayna döyüşçülərini əsir götürməməyi əmr edib:
"Onlar bizə sataşıb, biz də onları məhv edəcəyik. Yaxın gələcəkdə biz öz düşmənlərimizdən elə qisas alacağıq ki, onlar heç yuxularında belə görməyiblər. Bizimlə zarafat etməyə imkan verməyəcəyik. Mən ön cəbhədəki bütün komandirlərə Ukrayna döyüşçülərini əsir götürməməyi, yalnız məhv etməyi əmr etmişəm".