Cənubi Koreya müxalifəti prezidenti vətənə xəyanətdə ittiham etdi: İmpiçment hazırlanır
Dünya
572
04 Dec 2024 | 19:27

Cənubi Koreya müxalifəti prezidenti vətənə xəyanətdə ittiham etdi: İmpiçment hazırlanır

Cənubi Koreyada müxalifət partiyaları ölkə Prezidenti Yun Sok Yolu hərbi vəziyyət elan etməsi səbəbi ilə vətənə xəyanətdə ittiham edib və ona qarşı impiçment elan edilməsi üçün vəsatət qaldırıb.
 
Dekabrın 4-də altı müxalifət partiyası qanun layihəsini parlamentə təqdim edib. Daha əvvəl isə müxalifət Yolu uğursuz sərəncam səbəbindən istefaya getməyəcəyi təqdirdə, prosesi başlayacağı ilə hədələmişdi. Belə ki, sərəncam ölkədə gecə xaotik səhnələr ortaya çıxarıb, qanunvericilər Milli Assambleyaya girmək və onun əleyhinə səs vermək üçün qoşunlarla mübarizə aparıblar.
 
"Yunun hərbi vəziyyət elan etməsi konstitusiyanın açıq şəkildə pozulmasıdır", - deyə Milli Assambleyanın fövqəladə iclasından sonra qəbul edilən qətnamədə parlament çoxluğuna malik əsas müxalifət olan Demokrat Partiyası bildirib.
 
Qətnamədə Yunun hərəkətləri "ciddi üsyan aktı" və "impiçment üçün ideal əsaslar" kimi təsvir edilir.
 
Ehtimal olunur ki, müxalifət partiyaları bu təklifi dekabrın 5-də parlamentin plenar iclasında təqdim etməyi və dekabrın 6-7-də səsverməyə çıxarmağı planlaşdırırlar.
Link kopyalandı!
Son xəbərlər