Gürcüstanın daha bir səfiri etiraz əlaməti olaraq istefa verdi
2195
03 Dec 2024 | 10:55

Gürcüstanın daha bir səfiri etiraz əlaməti olaraq istefa verdi

Gürcüstanın Çexiyadakı səfiri Tea Maisuradze "Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarından sonra tutduğu vəzifədən istefa verib.
 
O, bu barədə X (Twitter) səhifəsində yazıb.
 
Maisuradze Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdiyini açıqlayıb. O, ölkənin gələcəyinə sadiq qaldığını vurğulayıb.
 
"Təxminən 20 ildir ki, ölkəmin milli maraqlarına xidmət etmək, onun Avropa və Avro-Atlantik inteqrasiyasını təşviq etmək və onun suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək mənim üçün böyük şərəfdir", deyə səfir yazıb. 
 
Xatırladaq ki, bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstan hakimiyyəti tərəfindən ölkənin Avropaya inteqrasiyasını dayandırdığına etiraz əlaməti olaraq vəzifəsini tərk edib. Bu qərarı Gürcüstanın Niderlanddakı səfiri David Solomonia da verib.
 
Bundan sonra Gürcüstanın İtaliyadakı səfiri vəzifəsini icra edən İrakli Vekua və Gürcüstanın Litvadakı səfiri Salome Şapakidze istefa veriblər.(Qaynarinfo)
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər