Paşinyan hakimiyyəti devirmək üçün Tbilisiyə 500 nəfər göndərdi - DETALLAR
2247
03 Dec 2024 | 10:38

Paşinyan hakimiyyəti devirmək üçün Tbilisiyə 500 nəfər göndərdi - DETALLAR

İğtişaşların davam etdiyi Gürcüstanda “rəngli inqilab” ssenarisinin həyata keçirilməsi məqsədilə xarici ölkələrdən qrupların göndərildiyi haqda məlumatlar var.
 
Gürcüstan hakimiyyəti Ukraynadan xüsusi “diversantların” göndərildiyini bəyan etmişdi. Lakin bu, müxaifət tərəfindən təkzib edildi.
 
Şərqi Avropa ölkələri, eləcə də Baltikyanı ölkələrdən də “rəngli inqilab” üzrə hazırlanmış xüsusi qrupların Gürcüstana göndərildiyi xəbərləri yayılır. Hakimiyyətin devrilməsi məqsədilə Tbilisiyə qruplar göndərən ölkələr arasında Ermənistanın da adı çəkilir. Məlumatlara görə, iğtişaşlara dəstək vermək üçün ermənilərin göndərilməsi tapşırığını Ermənistanın baş naziri Nikol Paşonyan verib.
 
Ermənistanda “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants da bildirib ki, onda bununla bağlı məlumatlar var.
 
“Paşinyan Gürcüstanda hakimiyyətin dəyişməsini ürəkdən istəyir. Məndə olan məlumata görə, Gürcüstanda keçirilən etiraz aksiyalarında Ermənistandan göndərilən 400-500 nəfərlik qrup da iştirak edir”, - o bildirib.//publika.az
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər