Bizi sosial şəbəkələrdən izləyin:
Almaniya Ukraynaya “Patriot” və “Gepard” özüyeriyən zenit qurğuları verəcək.
Bu barədə Almaniya kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, növbəti ildə Ukraynaya yeni silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, haubitsalar, hücum və kəşfiyyat pilotsuz uçuş aparatları, artilleriya mərmiləri, həmçinin 6 ədəd “Sea King” helikopteri də göndəriləcək.
Xatırladaq ki, Şolts Kiyevdə səfərdədir.