Putin Minskə gedir: İttifaq dövlətinin...
Dünya
1734
01 Dec 2024 | 20:19

Putin Minskə gedir: İttifaq dövlətinin...

Rusiya Prezidenti Vladimir Putin gələn həftə Minskə səfər edəcək.
 
Bu barədə "Rossiya-1"də yayımlanan "Moskva, Kreml. Putin" proqramında məlumat verilib.
 
Rusiya liderinin İttifaq dövlətinin 2024-cü ildəki işinə yekun vurmaq üçün Belarusa gedəcəyi vurğulanıb.
 
Həmçinin qarşıdakı həftədə Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasını keçirəcək, gənc alimlərlə görüşəcək və "VTB Russia Calling" forumunun plenar iclasında iştirak edəcək.
 
Dövlət başçısının digər planlarına Könüllülər Günü (5 dekabr) və Beynəlxalq Əlillər Günü (3 dekabr) ilə bağlı tədbirlərdə iştirak da daxildir.
Link kopyalandı!
Son xəbərlər