Bizi sosial şəbəkələrdən izləyin:
Gürcüstan hüquq-mühafizə orqanları Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 50 nəfəri saxlayıb.
Bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumata görə, etirazçılar inzibati qaydada saxlanılıb. Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən artıqdır.
Qeyd edək ki, son iki gündə Gürcüstanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.
Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olub. Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.
Etirazların səbəbi Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək barədə bəyanatı olub.