"Bu, Putinə Ukraynanın Alyansın üzvü olmasına imkan verməmək kimi başlıca məqsədinə nail ola bilməyəcəyinin sübutu olacaq..."
Kiyev NATO-dan gələn həftə Ukraynann Alyansa rəsmən dəvət edilməsini istəyir. Söhbət ölkənin təşkilata daxil olmasından deyil, məhz dəvət olunmasından gedir.
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Ukrayna XİN rəhbəri Andrey Sibiqa Alyansa ünvanladığı məktubunda NATO-dan olan həmkarlarına gələn həftə Brüsseldəki görüş zamanı Kiyevə dəvət göndərməyə çağırış edib.
O cümlədən Ukrayna bəyan edir ki, müharibənin getdiyi zaman NATO-ya qoşunlmağın mümkün olmaması ilə razılaşır. Lakin Kiyev hesab edir ki, məhz indi belə dəvətin göndərilməsi Rusiya prezidenti Vladimir Putinə onun başlıca məqsədinin-Ukraynaya NATO-nun üzvü olmasına imkan verməmək məqsədinə nail ola bilməyəcəyini sübut edəcək.
Bundan öncə NATO diplomatları hazırkı mərhələdə Alyansda Ukraynanın dəvət edilməsi ilə bağlı konsensusun olmadığını deməsinə rəğmən, Sibiqanın məktubunda qeyd edilir ki, hazırda belə dəvət üçün ən optimal zamandır.
"Bu, müttəfiqlərin Rusiyanın törətdiyi müharibənin daima eskalasiyasına adekvat cavabı olacaq, təcavüzkar ölkə son zamanlar on minlərlə Şimali Koreya qoşunlarının cəlb edilməsi və Ukraynadan yeni silah slnaqları üçün poliqon kimi istifadə edilməsi ilə bu eskalasiyanı nümayiş etdirir", - Sibiqa yazıb.
Ukrayna və NATO-son xəbərlər
Xəbər verildiyi kimi, Donald Tramp özünün Ukrayna üzrə xüsusi nümayəndəsini təyin edib. Onun müharibənin başa çatdırılması üzrə planı artıq hazırdır, bu da o cümlədən Ukraynanın NATO-ya daxil olmasından qeyri-müəyyən müddətə imtina edilməsini nəzərdə tutur.
Ukrayna ədliyyə nazirinin müavini, Ukraynanın Avropa və Avroatlantika inteqrasiya məsələlərinə cavabdeh olan Olqa Stefanişina isə, əksinə, hesab edir ki, Ukraynanın Avropa İttifaqı və NATO üzvü olmadan müharibənin bitməsi mümkün deyil.