Bizi sosial şəbəkələrdən izləyin:
Alman pilot Mik Şumaxer 2024-cü il mövsümünün sonunda "Mercedes" komandasını tərk edəcək.
Bu barədə "Formula-1" komandasının mətbuat xidməti məlumat yayıb.
25 yaşlı pilot iki il Almaniya komandasının ehtiyat sürücüsü olub. Bundan əvvəl isə o, "Haas" komandasında iki mövsüm yarışlarda iştirak edib.
Qeyd edək ki, Mik Şumaxer "Formula-1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğludur.