Bizi sosial şəbəkələrdən izləyin:
İran Prezidenti Məsud Pezeşkianın böyük oğlu Yusif Pezeşkian Prezident Administrasiyasının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, o bu vəzifəyə Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzayi tərəfindən təyinat alıb. Pezeşkianın oğlu Şərif Texnologiya Universitetinin bakalavr, magistr və doktorantura dərəcələrinə sahibdir.
Xatırladaq ki, müddət öncə isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə də Prezident Administrasiyasının xüsusi köməkçisi vəzifəsinə təyinat verilib.