Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verib
Dünya
354
28 Nov 2024 | 20:48

Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verib

Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun ekstradisiyası barədə qərar çıxarıb.
 
APA-nın Tbilisi müxbiri "İnterpressnews" xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvilinin sədrliyi ilə iclas keçirilib.
 
İclasda "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasına qərar verilib.
 
Qeyd edək ki, Əfqan Sadıqov bu il avqustun 3-də Gürcüstanda həbs edilib.
Link kopyalandı!
Son xəbərlər