Dünya
266
00:48, Bu gün

"Çin Tayvana hərbi müdaxilə etməyə hazırdır" - "The Telegraph"

"Tayvana hücum təcridçi və diktatorlar həvəskarı Donald Trampın hakimiyyətə gəlişi zamanı baş verə bilər..."

 
Çin güc tətbiq etməklə Tayvanın zəbtinə cəhd etmək üçün öz Silahlı Qüvvələri və hərbi sənayesinin hazırlıqlarını, demək olar ki, başa çatdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə amerikalı hərbi analitiklər Endryu Erikson və Qabriel Kollinz  fikir söyləyib. Məlumatı "The Telegraph" nəşrinin hərbi icmalçısı Devid Aks şərh edib.
 
"Çin Kommunist Partiyası 20 ildən artıqdır ki, diqqətini Tayvan körfəzini keçib, Tayvan çimərliklərinə desant çıxarıb, sonra Taybeyə doğru hərəkət etməklə, nəhayət, özünün son məqsədinə-gənc demokratiya olan Tayvanı köklü avtokrat Çinlə qəddarcasına "birləşdirməyə" nail olmağa yönəldib", - Aks yazıb.
 
Ekspertlər qeyd edir ki, Tayvan ümid edir ki, ABŞ onu Çinin hərbi yürüşündən xilas edəcək. Lakin belə görünür ki, Çinin adaya hərbi müdaxiləsi Amerikanın gücü və qətiyyətinin aşağı səviyyədə olduğu məqamda baş verə bilər.
 
Erikson və Kollinz qeyd edir ki, Çin özünün ən yeni tarixində "hərbi gücünün ən dramatik artırılmasına" nail olub, onun ordusu sürətlə Pekinin arzu etdiyi imkanlara yaxınlaşır.
 
"Zaman Tayvanın əleyhinə işləyir. Tayvan yorulmadan ən vacib olan yerdə öz müdafiəsinə üstün diqqət göstərməlidir", - Erikson və Kollinz yazıb. - Ada dövləti imkan daxilində tez bir zamanda "alınmaz qalaya" çevrilməlidir.
 
Tayvan əsas səylərini hava hücumundan müdafiəsinə, sahil artilleriyasının gücləndirilməsinə yönəltməli, habelə minalar, gəmiəleyhinə raketlər və PUA-lar ehtiyatını yaratmalıdır. Məhz bu silahlar səmərəli müdafiəni təşkil etməyə imkan verəcək, eyni zamanda onlar nisbətən baha deyil. 
 
Analitiklər qeyd edir ki, Tayvan əvvəlcədən silah ehtiyatı yaratmalıdır, çünki əlavə tədarük problemli olacaq və ya mümkün olmayacaq, adaya birinci Çin raketi düşən kimi adanın dəniz blokadası başlanacaq, onu yarmaq isə çətin olacaq.
 
Həm də Trampın prezidentliyi dönəmində ABŞ-ın ada dövlətinə əhəmiyyətli hərbi yardım göstərmək istəyi və bunun iqtidarında olması ilə bağlı böyük şübhələr var.
 
Devid Aks qeyd edir ki, Tayvan öz müstəqilliyi və çiçəklənməsinə dəyər verirsə, imkan daxilində tez bir zamanda silah ehtiyatı yaratmalıdır. "Amerikanın güclü dəstəyi" bu reseptin ən az real olan hissəsidir", - o, əlavə edib.
 
Tayvan ətrafında vəziyyət
 
Xəbər verildiyi kimi, bu ilin yayında seçkiöncəki kampaniya zamanı Donald Tramp bəyan edib ki, Tayvan Birləşmiş Ştatlara Çinin təhlükəsindən müdafiə olunmaq üçün ödəniş etməlidir. O, həmçinin ada dövlətini Amerikanın texnoloji sektoru üçün rəqabət yaratmaqda ittiham edib.
 
Tayvan Ukrayna və İsraildə müharibə təcrübəsini öyrənən xüsusi hökumət qrupu yaradıb. O cümlədən tayvanlılar düşmən hücumumun erkən müəyyən edilməsi sisteminin vacibliyini anlayıb, həqiqi hərbi xidmət müddətini artırıb, müdafiə xərclərini yüksəldib və PUA-lar kimi asimmetrik silah potensialını öyrənir.
Link kopyalandı!
Son xəbərlər