Bizi sosial şəbəkələrdən izləyin:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə seçilmiş regional direktoru Faustin Nduqulile Hindistanda müalicə zamanı vəfat edib.
Oxu.Az-ın AP-yə istinadla verdiyi məlumata görə, bu barədə Tanzaniya hakimiyyəti məlumat verib.
55 yaşlı doktorun ölüm səbəbi hələlik məlum deyil. Dəfn planları barədə sonradan məlumat veriləcək.
Nduqulile avqust ayında ÜST-nin Afrika üzrə direktoru vəzifəsinə seçilmişdi və 2025-ci ilin fevralında doktor Matşidiso Moetini əvəz edərək fəaliyyətə başlamalı idi. Giriş nitqində Nduqulile Afrika əhalisinin sağlamlığının və rifahının yaxşılaşdırılmasına sadiq olduğunu vurğulamışdı.
Bu arada, Afrikada "mpox" (meymunçiçəyi) şübhəsi ilə 35 mindən çox xəstəlik halı və bu infeksiyadan təxminən min ölüm halı qeydə alınıb. "Mpox" şübhəsi ilə xəstəlik və ölüm hallarında xüsusilə kəskin artım Konqo Demokratik Respublikasında (KDR) müşahidə edilib, burada 30 766 yoluxma və 990 ölüm halı aşkar edilib.