Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, İsrail ordusu növbəti 60 gün ərzində Livan ərazisindəki qalan qüvvələrini tədricən geri çəkəcək.
Moderator.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
Baydenin sözlərinə görə, hərbi qüvvələrin çıxarılmasından sonra münaqişədən əziyyət çəkən mülki şəxslər təhlükəsiz şəkildə öz icmalarına qayıda biləcək və evlərini bərpa etməyə başlayacaqlar.
Bu qərar İsrail və Livan arasında aylardır davam edən qarşıdurmanın sona çatdırılması məqsədilə əldə olunan atəşkəs razılaşmasının əsas tərkib hissəsidir. Atəşkəs planı, hər iki tərəfin mülki əhalisinin normal həyata qayıtması və infrastrukturun bərpasını nəzərdə tutur.
ABŞ rəhbərliyinin fəal iştirakı ilə əldə edilən bu razılaşma bölgədə uzunmüddətli sabitliyin təmin edilməsi üçün vacib addım kimi qiymətləndirilir. Bayden, tərəflərin əməkdaşlıq etməsinin münaqişələrin qarşısını almaqda əsas olduğunu vurğulayıb.