Nüvə müharibəsi başlayacağı təqdirdə hansı ölkələrə sığınmaq mümkün olacaq?
Dünya
271
26 Nov 2024 | 22:36

Nüvə müharibəsi başlayacağı təqdirdə hansı ölkələrə sığınmaq mümkün olacaq?

"Ən böyük təhlükənin London və Nyu-York kimi meqapolislər üçün olacağı güman edilir..."
 
Avropada Vladimir Putinin nüvə silahını tətbiq etmək təhdidləri səbəbindən həyəcan artır. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.
 
Məlumatda deyilir ki, getdikcə artan gərginlik fonunda ekspertlər "sığınacaq xəritəsi"ni işləyib hazırlamağa başlayıb.
 
Bu xəritədə qlobal münaqişənin baş verəcəyi təqdirdə nisbətən təhlükəsiz olacaq ölkələrin siyahısı göstərilib.
 
Tammiyaslı müharibə başlanandan Rusiya dəfələrlə nüvə silahının tətbiq edəcəyi ilə təhdid edib. Kremlin belə tədbirə yalnız analoji hücum zamanı əl atacağını iddia etməsinə rəğmən, Putinin son bəyanatları hətta adi silahların tətbiqinə nüvə silahı ilə cavab zərbəsini nəzərdə tutur.
 
Ekspertlər ən böyük təhlükənin London və Nyu-York kimi meqapolislər üçün olacağını qeyd edir. Lakin nüvə müharibəsi o cümlədən radioaktiv çöküntülər vasitəsilə digər regionlara da toxunacaq. Ona görə də ən pis ssenariyə hazırlaşmaq getdikcə daha da aktuallaşır.
 
Təhlükəsiz ola biləcək ölkələr hansılardır?
 
Antarktida- bu, strarteji dəyəri olmayan ucqar buz səhrasıdır. Burada sağ qalmaq üçün problem soyuqda və mürəkkəb şəraitdədir.
 
İslandiya- özünün təcrid olunması və neytral mövqeyi sayəsində burada nüvə silahının bilavasitə təsirindən yan keçmək olacaq.
 
Yeni Zelandiya- dağlıq ərazi və ənənəvi neytrallıq bu ölkəni qaçqınılar üçün sığınacağa çevirə bilər.
 
İsveçrə özünün neytrallığı və əhalinin müdafiəsi üçün bunkerlərin mövcud olması ilə tanınır.
 
Qrenlandiya- az məskunlaşan adadır və minimal strateji əhəmiyyəti var.
 
İndoneziya- beynəlxalq münaqişələrdə neytral mövqe sərgiləyir.
 
Tuvalu- Sakit okeanın məhdud infrastruktura malik çox kiçik adasıdır, bu da onu hücumlar üçün cəzbedici etmir.
 
Argentina- zəngin məhsullar və inkişaf etmiş təbii resurslar böhranın nəticələrinin öhdəsindən gəlməyə imkan verəcək.
 
Çili- inkişaf etmiş infrastruktur və təbii resursların müxtəlifliyi sağ qalmanı yüngülləşdirəcək.
 
Cənubi Afrika- münbit torpaq və müasir texnologiyalar burada sağ qalmağı sadələşdirəcək.
 
Nədən nüvə müharibəsinə hazırlaşmaq vacibdir?
 
Nüvə müharibəsi təkcə şəhərləri dağıtmır, həm də uzunmüddətli nəticələr törədir. Buraya radioaktiv çirklənmə, iqlim dəyişiklikləri və ərzaq təminatında fasilələr daxildir.
 
Təcrid olunmuş vəziyyətdə yerləşən, neytral siyasəti və təbii resurslara çıxış zərərin minimuma endirilməsinə ən yaxşı şans yaradır.
 
Qlobal fəlakət ehtimalının aşağı olmasına rəğmən, bu tədqiqatlar istənilən ssenariyə hazır olmağın zəruriliyini vurğulayır.
Link kopyalandı!
Son xəbərlər