Ukrayna qoşunları Kursk vilayətinə yenidən ATACMS raketləri ilə hücum edib
Dünya
318
26 Nov 2024 | 21:16

Ukrayna qoşunları Kursk vilayətinə yenidən ATACMS raketləri ilə hücum edib

"Belə zərbələr Rusiyanın pilotsiz qüvvələrini ön cəbhədə ən vacib daşınma bazasından məhrum edə bilər..."
 
Ukrayna Silahlı Qüvvələrinin Amerikanın ATACMS raketlərilə Kursk vilayətinə hücumu nəticəsində C-400 "Triumf" zenit-raket kompleksi və hərbi hava limanında zədələnmələr var.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirıliyi bəyan edib. Məlumatı "gazeta.ru" nəşri yayıb.
 
"Təsdiq edilmiş məlumatlara görə, son üç gündə USQ Qərbin uzaqvuran silahı ilə Kursk vilayətindəki obyektlərə iki dəfə zərbə endirib", - bəyanatda deyilir.
 
O cümlədən, ilk hücum noyabrın 23-də Kurskdan şimal-qərbə 37 km məsafədə yerləşən Lotarevka yaşayış mənrəqəsinə həyata keçirilib. Zərbə ABŞ istehsalı olan beş ATACMS raketlərilə C-400 zenit-raket divizionunun mövqelərinə endiriib.
 
Bu zaman işğalçılar bəyan edir ki, döyüşün gedişində C-400 divizionunu qoruyan "Pansir" zenit-kompleksi ilə üç raket vurulub, lakin ikisi hədəfə çatıb. Nəticədə radiolokasiya stansiyası zədələnib, şəxsi heyət arasında zərərçəkənlər var.
 
İkinci zərbə noyabrın 25-də Xalino yaşayış məntəqəsi rayonunda Kursk-Vostoçnıy hava limanına endirilib. Bu dəfə USQ səkkiz ATACMS raketlərindən istifadə edib. 
 
C-400 və "Pansir"lə yeddi raket vurulub, biri hədəfə çatıb. Qəlpələrin düşməsi nəticəsində iki hərbi qulluqçu yaralanıb, hava limanının infrstrukturuna zərər vurulub.
 
Müdafiə Nazirliyi qeyd edib ki, hadisə yerinin müayinəsi ATACMS operativ-taktiki raketlərdən istifadə edilməsini təsdiq edib. Bəyan edilir ki, vəziyyət nəzarət altındadır və "cavab tədbirləri hazırlanır".
 
"Forbes" nəşrinin analitiki Devid Aks qeyd edib ki, Kursk hava limanına zərbələr Rusiyanın pilotsuz qüvvələrini ön cəbhədə ən vacib daşınma bazasından məhrum edə bilər.
 
Əgəg zərbə nəticəsində zenit raketlər batareyaları və ya radarlar zədələnibsə, o zaman Rusiya HHM-də yeni boşluq yarana bilər, bu da gələcək dron hücumları üçün imkanlar yarada bilər.
 
Xatırladaq ki, Rusiya diktatoru Putin bəyan edib ki, Qərb sulahlarından istifadə etməklə belə zərbələr endirilməsi NATO ölkələrinin müharibədə Ukrayna tərəfində birbaşa iştirakı demək olacaq.
 
O, vurğulayıb ki, Rusiya təkcə Ukrayna deyil, həm də ona yardım edən ölkələrin ərazisində yerləşən hərbi obyektlərə hücum etmək hüququnu özündə saxlayır.
 
Ötən həftə Putin Qərb silahı ilə Rusiya obyektlərinə iki zərbə endirildiyini, habelə Rusiyanın orta mənzilli raketinin Dneprdəki "Yujmaş" zavoduna buraxılmasını xatırladıb.
Link kopyalandı!
Son xəbərlər