Bizi sosial şəbəkələrdən izləyin:
Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yaxınlığında ümumilikdə 1370 yük maşını keçid üçün gözləyir.
Bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.
Bildirilib ki, gözləyən yük maşınlarından 446-sı Ermənistana aiddir.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsinin qar səbəbindən bir neçə gündür bağlıdır.