Dünya
454
26 Nov 2024 | 20:48

"NATO Ukraynada müharibənin trayektoriyasını dəyişməlidir" - Mark Rütte

"Ukrayna üçün kritik vacib olan HHM-i təmin etmək, Vaşinqton sammitində götürülən öhdəlikləri icra etmək lazımdır..."
 
NATO Ukraynada müharibənin trayektoriyasını dəyişməlidir, bunun üçün Alyans öz dəstəyində daha da irəliyə getməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rütte bəyan edib. Məlumatı "The Guardian" nəşri yayıb.
 
"Bizim Ukraynaya dəstəyimiz onlara mübarizəni davam etdirməyə imkan verib, lakin münaqişənin trayektoriyasını dəyişmək üçün biz daha da irəliyə getməliyik", - NATO baş katibi deyib.
 
Rüttenin sözlərinə görə, o cümlədən Ukrayna üçün kritik vacib olan hava hücumundan müdafiəni təmin etmək və Vaşinqtondakı sammitdə üzərimizə götürdüyümüz öhdəlikləri icra etmək lazımdır.
 
"Yeni komandanlıq, NATO-nun təhlükəsizlik və təlim sahəsində yardımın əlaqələndirilməsi üzrə komandanlıq tərəfindən Ukraynaya 2024-cü ildə 40 milyard avro məbləğində maliyyə öhdəliyi və Ukraynanın NATO ilə yaxınlaşması üzrə bundan sonra da tədbirlər görəcək", - o, əlavə edib.
 
Rütte həmçinin vurğulayıb ki, hərbi sənayeyə qoyulan investisiyaları artırmaq və onu inkişaf etdirmək kritik vacibdir.
 
Baş katib xatırladıb ki, Rusiya Ukraynaya qarşı müharibəsində Şimali Koreya silahı və qoşunlarından, İran dronları və Çinin ikili təyinatlı mallarından isə özünün müdafiə sənayesi üçün istifadə edir.
 
"Bu, müharibənin təhlükəli genişlənməsi və qlobal sülh və təhlükəsizliyə meydan oxunmasıdır. Yaxşı xəbər ondan ibarətdir ki, NATO-nun timsalında ərazimizin hər qarış torpağının müdafiəsi üçün bizim Alyansımız var", - o, qeyd edib.
 
NATO Parlament Assambleyası Ukraynaya yardım üzrə qətnamə qəbul edib
 
Qətnamədə Kiyevə orta mənzilli raketlər, o cümlədən "Tomohawk" tipli raketlərin verilməsi, həmçinin Rusiyanın hərbi  hədəflərinə verilən silahlardan zərbə endirilməsinə icazə verilməsi nəzərdə tutulur.
 
Alyans həmçinin bəyan edib ki, Rusiya müttəfiqlərin təhlükəsizliyi üçün ən böyük və birbaşa təhlükə olaraq qalır, Çini isə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsində həlledici əlaltısı adlandırıb.
Link kopyalandı!
Son xəbərlər