Bizi sosial şəbəkələrdən izləyin:
Kipr Respublikası ABŞ administrasiyasına NATO-ya daxil olmaq planını təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə noyabrın 24-də Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.
Bildirilir ki, adanın Şimali Atlantika Alyansına qoşulması layihəsini Kipr Prezidenti Nikos Xristodulides oktyabrın 30-da Vaşinqtona səfəri zamanı amerikalı həmkarı Co Baydenə təqdim edib.
Nəşrin yazdığına görə, plan müfəssəl, düşünülmüş, uzunmüddətli perspektiv üçün planlaşdırılıb və bir-birindən asılı olan bir çox mərhələdən ibarətdir.