İran, Almaniya, Britaniya və Fransa xarici işlər nazirlərinin müavinləri Tehranın nüvə proqramını müzakirə edəcək
Dünya
901
18:42, Bu gün

İran, Almaniya, Britaniya və Fransa xarici işlər nazirlərinin müavinləri Tehranın nüvə proqramını müzakirə edəcək

Martın 29-da İran, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.
 
APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
 
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.
 
İsmayıl Bəqayi bildirib ki, görüşdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər, o cümlədən Fələstin və Livan böhranı, habelə nüvə problemi ətrafında fikir mübadiləsi aparılacaq.
 
Qeyd edək ki, bunda öncə Yaponiyanın “Kyodo” agentliyinin İran diplomatik mənbələrinə istinadən yaydığı məlumatda bildirilib ki, noyabrın 29-da İran Almaniya, Böyük Britaniya, Fransa və Avropa İttifaqı Tehranın nüvə proqramına dair müzakirə aparacaq, 2015-ci ildə imzalanmış nüvə sazişinin bərpası yollarını araşdıracaq.
 
Xatırladaq ki, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdığını elan edib.
Link kopyalandı!
Son xəbərlər