Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
Dünya
2436
24 Nov 2024 | 18:21

Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu

Ermənistandakı Fransa səfirliyinin əməkdaşı Araqatsotn rayonunda avtomobil qəzasına düşüb.
 
Oxu.Az "Sputnik"ə istinadən xəbər verir ki, hadisə noyabrın 24-də İrəvan-Vanadzor yolunda, Artavan kəndi yaxınlığında baş verib.
 
"Volkswagen Tiguan", "Lexus" və "Qazel" markalı avtomobillər toqquşub.
 
Qəza nəticəsində hadisənin bir iştirakçısı tibb məntəqəsinə yerləşdirilib.
 
Məlumata görə, "Volkswagen Tiguan" Fransanın Ermənistandakı səfirliyində qeydiyyatdadır. Diplomatik nümayəndəliyin əməkdaşı xəstəxanaya çatdırılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər