ABŞ-də təyyarə qəzası: Ölənlər var
2469
24 Nov 2024 | 12:12

ABŞ-də təyyarə qəzası: Ölənlər var

Koloradoda (ABŞ) "Cessna 182" yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
 
Bu barədə NBC televiziyası məlumat yayıb.
 
Məlumata görə, axtarış-xilasetmə uçuşu həyata keçirən təyyarə Boulder şəhərindən təxminən 77 km şimalda qəzaya uğrayıb. Təyyarədə mülki hava patrulunun könüllüləri olub. Qəza nəticəsində bir pilot və hava fotoqrafı həlak olublar. İkinci pilot ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
 
Qəzanın səbəbi barədə məlumat verilmir. Səlahiyyətlilər baş verənlərlə bağlı araşdırmalara başlayıblar.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər