Dünya
379
23 Nov 2024 | 23:42

"Qərb sivilizasiyasının 500 illik dominantlığı sona yetib, Avrasiya əsrinə qədəm qoyuruq" - Orban

"Asiya ölkələri daha da güclənib və sübut edib ki, müstəqil iqtisadi və siyasi güc mərkəzi ola bilər..."
 
Qərb sivilizasiyasının 500 illik dövrü başa çatıb, bütün dünyanın qərbləşdirilməsi strategiyası iflasa uğrayıb və dünya iqtisadiyyatının mərkəzi Şərqə keçib, növbəti əsr Avrasiya əsri olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Macarıstan baş naziri Viktor Orban Budapeştdə keçirilən "Avrasiya" forumunda çıxışı zamanı bəyan edib. Məlumatı "RİA Novosti" agentliyi yayıb.
 
"Qərb sivilizasiyasının 500 illik dominantlığına son qoyulub...Qərb dünyasında lideral mütərəqqi dominantlıq bitib. Bütün dünyanın Qərb modeli ilə təşkil edilməli olduğu və bunun üçün seçilən xalqlar iqtisadi və maliyyə mənfəətləri əvəzinə buna hazır olacağı barədə ideya iflasa uğrayıb", - Orban bəyan edib.
 
Baş nazir qeyd edib ki, yeni reallıq bundan ibarətdir ki, Asiya ölkələri "daha da güclənib və sübut edib ki, müstəqil iqtisadi və siyasi güc mərkəzləri kimi mövcud ola və qala bilər", bunun da nəticəsində "dünya iqtisadiyyatının mərkəzi Şərqə keçib, şərq iqtisadiyyatları isə qərbə nisbətən dörd dəfə tez artmaqdadır".
 
Orban güman edir ki, "növbəti əsr Avrasiya əsri olacaq", çünki bu, Yer kürəsi əhalisinin 70 faizinin yaşadığı ən böyük qitədir və burada dünya iqtisadiyyatının payı 70 faizdən çoxdur.
 
"Avropa bu gün dünyada baş verən dəyişikliklərdən uduzub...Alıcılıq qabiliyyəti  paritetinə görə, əgər Avropa İttifaqı ABŞ-ın bir hissəsi olsaydı, o, kasıb ştatlar arasında üçüncü olardı. Bu, onu göstərir ki, Avropa daima uduzur və indiki proseslərdə bir nömrəli uduzan tərəfdir. Avropa ölkələri dünya iqtisadiyyatı ölkələrinin ilk beşliyində daha yer almayıb", - o, qeyd edib.
 
Orbanın sözlərinə görə, hazırda Avropa liderləri arasında "qovuqcuqdan çıxmaq", bloklara bölünmək ideyasından imtina etmək, Asiya ölkələri ilə münasibətlər qurmaq və Avropanın Avrasiyanın bir hissəsi olduğu faktından fayda götürmək üçün" "kifayət qədər intellektual güc olduğu görünmür", əks halda iqtisadi gerilik hələ bir çox illər ərzində qalacaq.
 
Bundan öncə Orban bəyan  edib ki, Qərbin intiharedici siyasəti, o cümlədən sanksiyalar nəticəsində dünya iqtisadiyyatının qərb və şərq bloklarına bölünməsi riski var. Macarıstan bunların heç birinə mənsub olmaq istəmir, bu zaman hər ikisi ilə sıx iqtisadi əlaqələr saxlayır. 
 
Macarıstan Qərbin rəqabətqabiliyyətliliyinin  aşağı düşməsi şəraitində özü üçün nə birbaşa şərq modelini götürməklə, nə də bloklarda qalmamaqla ən məqbul olan dünya nümunələrindən tərtib edilən özünün iqtisadi modelini tapmaq istəyir.
Link kopyalandı!
Son xəbərlər