Rusiyanın Ukraynadakı komandiri vəzifəsindən azad edildi
Dünya
513
23 Nov 2024 | 20:06

Rusiyanın Ukraynadakı komandiri vəzifəsindən azad edildi

"Cənub" qoşun qruplaşmasının komandiri Gennadiy Anaşkin vəzifəsindən azad edilib.
 
Bu barədə RBK mənbələri xəbər yayıb.
 
Nəşrin məlumatına görə, bu, planlı rotasiya çərçivəsində həyata keçirilib.
 
"Anaşkin böyük döyüş təcrübəsinə malik, nüfuzlu bir komandirdir – O, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günlərindən döyüşüb. Daha əvvəl müxtəlif əməliyyatlarda, o cümlədən sülhməramlı missiyalarda birliklərə və birləşmələrə rəhbərlik edib," – deyə mənbələrdə qeyd edilir.
 
Qeyd edək ki, Rusiyanın "Cənub" qoşun qruplaşması hazırda Ukrayna ərazisində, xüsusilə cənub istiqamətində fəaliyyət göstərir.
 
Qruplaşmanın əsas fəaliyyəti Zaporojye, Xerson və Krım istiqamətlərində müdafiə və hücum əməliyyatlarını koordinasiya etməkdən ibarətdir. Eyni zamanda, bu qruplaşma Rusiya Silahlı Qüvvələrinin cənub sərhədlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, Ukraynanın cənubunda hərbi nəzarət və logistik dəstək kimi vəzifələri icra edir.
 
"Cənub" qruplaşmasının əsas qərargahının dəqiq yeri məxfi saxlanılır, lakin onun əməliyyatları Ukraynanın müharibə zonasında geniş miqyasda aparılır.(musavat.com)
Link kopyalandı!
Son xəbərlər