Dünya
251
20:03, Bu gün

"Putin öz siyasi kopponentlərinə necə divan tutur?" - "Bloomberg"

"Belə sifarişli qətllər Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib və şəxsən Vladimir Putin tərəfindən sanksiyalaşdırılıb..."
 
ABŞ Milli Kəşfiyyat İdarəsi "Bloomberg" nəşrinin sorğusuna cavab olaraq Vladimir Putinin xaricdə öz siyasi rəqiblərinə qarşı sifarişli qətlləri barədə məlumatların qismən üstünü açıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "pravda.com.ua" nəşri məlumat yayıb.
 
"Kremlin sifarişi ilə xaricdə qətllər, ehtimal ki, davam edəcək" adlı sənəddə 2000-ci illərin əvvəllərindən baş vermiş bir sıra zorakı ölümlər sadalanır. Amerika kəşfiyyatı hesab edir ki, onlar Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib və şəxsən Putin tərəfindən sanksiyalaşdırılıb.
 
Hesabatda ilk olaraq Çeçenistan İçkeriya Respublikasının sabiq rəhbəri Zəlimxan Yandarbiyevin qətli xatırlanıb. O, 2004-cü ildə Dohada həlak olub. İcraçı isə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Anatoli Belaşkov və Vasili Boqaçov Qətərdə ömürlük həbs cəzasına məhkum edilib, lakin tezliklə onlar Moskvaya təhvil verilib.
 
Onlar vətəndə həbs müddətinin qalan hissəsini həbsxanada keçirməli olsalar da, sonrakı taleləri bəlli deyil. Artıq 2005-ci ildə Rusiyanın Cəzaların İcrası Federal Xidməti bəyan edib ki, onların yeri məlum deyil.
 
Hesabatda xatırlanan daha bir qətl Londonda Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq əməkdaşı Aleksandr Litvinenkonun zəhərlənməsidir. O, Vladimir Putini fəal surətdə tənqid edib və 1999-cu ildə yaşayış binalarında baş vermiş partlayışlarda Rusiya xüsüsi xidmət orqanlarının əli olduğunu bəyan edib.
 
2006-cı ildə Litvinenkonun çayına radioaktuv maddə olan polonium qatılıb. Böyük Britaniyada aparılan istintaq bu qətlin icraçısının Rusiya Baş Mühafizə İdarəsinin zabiti, sonradan Dövlət Dumasının deputatı olan Andrey Luqovoyun olduğu, qətlin özünün isə FTX-nın xüsusi əməliyyatı olduğunu açıqlayıb.
 
ABŞ 2012-ci ildə biznesmen Aleksandr Perepeliçnının ölümünün də Rusiya kəşfiyyatının sifarişi ilə həyata keçirildiyini hesab edir.
 
O, rusiyalı məmurların Avropada çirkli pullarının yuyulmasının mümkünlüyü barədə əsas məlumat verənlərdən biri olub və bu barədə məhkəmədə şahidlik etməli olduğundan az öncə dünyasını dəyişib. 
 
Amerika kəşfiyyatının sənədində iddia edilir ki, o da Litvinenko kimi zəhərləndirilib, hərçənd, Perepeliçnının ölümünü araşdıran Briyaniya polisi bunun kifayət qədər sübutlarını aşkar etməyib.
 
Bundan başqa, sənəddə 2015-ci ildə "Betmen" dəstəsinin komandiri, Luqansk separatçısı Aleksandr Bednovun ölümü xatırlanır. 2015-ci ildə onun olduğu zirehli avtobus gülləbaran edilib.
 
O zaman prokurorluq bəyan edib ki, Bednov və tabeçiliyində olanlar LXR milisinin əmrlərini icra etməkdən imtina edib. ABŞ onun qətlini Putinin regionlarda Rusiyanın nəzarətinin möhkəmləndirilməsi istəyi ilə izah edib.
 
ABŞ Milli Kəşfiyyat İdarəsinin əməkdaşları hesabatda qeyd edib ki, Moskva xüsusi xidmət orqanlarından Kreml rejiminə təhlükə hesab etdiyi adamların aradan götürülməsi üçün istifadə edir, Kremlin digər rəqiblərinin qətllərində əli olması barədə məlumatlar var, amma o qədər tam deyil. Sənəddə deyilir ki, ekspertlərin fikrincə, belə qətllər, böyük ehtimalla, davam edəcək.
 
Rusiyada səs-küylü qətllər
 
Rusiyanın daxilində də arxasında Kremlin dayandığı çoxsaylı qətllər olub. Ukraynaya dəstək verən və Putin rejimini sərt tənqid edən müxalifətçi Boris Nemtsovun ölümünü xatırlatmaq yetərlidir. O, 2015-ci il fevralın 27-də Moskvanın mərkəzində Kreml yaxınlığında güllələnib.
 
2006-cı ilin oktyabrında müxalif jurnalist Anna Politkovskaya qətlə yetirilib. O, Moskvanın mərkəzində öz evinin girişində güllələnib. Cinayətin motivləri və sifarişçini müəyyən etmək mümkün olmayıb. Onun işinin əsas istiqamətlərindən biri Çeçenistan mövzusu olub.
Link kopyalandı!
Son xəbərlər